
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, NATO-ya üzv Avropa ölkələri alyans çərçivəsində daha çox məsuliyyət daşımalıdır.
"TRT Haber"in məlumatına görə, Ərdoğan bu barədə Ankara şəhərində Polşa Prezidenti Karol Navrotski ilə keçirdiyi görüşdən sonra bildirib.
Türkiyə lideri qeyd edib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində əsas prioritetlərdən biri alyansın Avropa sütununun və çəkindirmə potensialının gücləndirilməsi olacaq.
“Ankarada keçiriləcək NATO sammiti çərçivəsində alyansın Avropa sütununun və onun çəkindirmə potensialının gücləndirilməsi ümumi prioritetimizdir. Biz transatlantik əlaqələrin möhkəmləndirilməsini vacib hesab edirik və Avropalı müttəfiqlərin daha çox məsuliyyət götürməsinin tərəfdarıyıq”, – deyə Ərdoğan vurğulayıb.