
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Pezeşkian Türkiyə ərazisinə düşən raketlərin İrana məxsus olmadığını bildirib.
İran tərəfinin yaydığı açıqlamada qeyd olunub ki, Pezeşkian Türkiyəyə qarşı raket hücumu ilə bağlı iddiaların araşdırılması üçün iki ölkənin birgə araşdırma qrupu yarada biləcəyini təklif edib.
O həmçinin bildirib ki, İsrail və ABŞ İranla qonşu ölkələr arasında qarşıdurma yaratmağa çalışır və onlara bağlı bəzi media qurumları İranın Türkiyəyə raket hücumu etdiyi barədə iddialar yayır.