• 6 °C
|

Ərdoğan Zelenski ilə Qara dənizin təhlükəsizliyini müzakirə edib

10 Mart 2026
img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, liderlər Türkiyə-Ukrayna ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan söhbət zamanı İrandakı münaqişənin Ukraynada sülh axtarışlarına mane olmamalı olduğunu bildirib. O, danışıqların vaxt itirilmədən davam etdirilməsinin faydalı olacağını vurğulayıb.

Ərdoğan, onu da qeyd edib ki, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi Türkiyə üçün kritik əhəmiyyət kəsb edir. Enerji infrastrukturunun və limanların qorunmasını təmin edəcək bir atəşkəsin əldə olunmasının tərəflər arasında etimadın qurulmasına töhfə verə biləcəyini bildirib.

Ərdoğan Türkiyənin bu istiqamətdə üzərinə düşən bütün dəstəyi göstərməyə hazır olduğunu deyib.