• 12 °C
|

Fidan: Fars körfəzi regionunda müharibə daha 2–3 həftə davam edə bilər

21 Mart 2026
img

Fars körfəzi regionunda müharibə daha 2–3 həftə davam edə bilər.

Bu barədə TRT məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fars körfəzi ölkələrinə səfərinin yekunlarını şərh edərkən bildirib ki, müharibənin taleyini əsasən ABŞ-ın mövqeyi müəyyən edəcək.

“Qiymətləndirmələrə görə, Fars körfəzi regionunda müharibə daha 2–3 həftə davam edə bilər. Əlbəttə, burada həlledici amil ABŞ-ın mövqeyi olacaq. İsrail isə ABŞ-a təzyiq göstərməyə və atəşkəs razılaşmasının əldə olunmasına mane olmağa çalışacaq”, – deyə Fidan qeyd edib.

Nazirin sözlərinə görə, ABŞ və İsrailin ilkin mövqeləri arasında fərqlərin artdığı müşahidə olunur və bu, müharibənin uzanmasına səbəb ola bilər.