• 10 °C
|

Gideon Saar Müctəba Xameneiyə çağırış edib: Gizlənməyə davam edə bilər, amma üzünü göstərməlidir

17 Mart 2026
img

İsrail xarici işlər naziri Gideon Saar İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneiyə çağırış edib.

APA-nın xəbərinə görə, Saar Estoniya XİN rəhbəri ilə brifinqdəMüctəba Xameneini üzə çıxmağa səsləyib.

Onun sözlərinə görə, xeyli müddətdir ki, İranın Ali Rəhbərinin üzünü görməyiblər:

“Qeyd edim ki, hələ də Müctəbanı görməmişik… O, gizlənməyə davam edə bilər, amma üzünü göstərməlidir. Bu, artıq rejim üçün utancverici olmağa başlayır”.

Saar vurğulayıb ki, İsrailin hərəkətləri İranın “repressiya mexanizmini” zəiflədir.

“Onu yalnız İran xalqı devirə bilər”, – nazir əlavə edib.