16 Mar 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan və Faysal bin Fərhan arasında baş tutan telefon danışığında müharibənin dayandırılmasına yönəlmiş diplomatik səylər müzakirə olunub.