25 Mar 2026

Türkiyə Ukraynada ən yaxın zamanda qismən atəşkəsin bərqərar olmasını arzu edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fİdan norveçli həmkarı Espen Barth Eide ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə bu istiqamətdə lazım olan dəstəyi verməyə hazırdır.
Hakan Fidan, həmçinin, ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyinin tam olduğunu da vurğulayıb.