01 İyn 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, tərəflər regiondakı son vəziyyəti və İranla ABŞ arasında aparılan danışıqların gedişini müzakirə ediblər.
Mənbə bildirib ki, söhbət zamanı Yaxın Şərqdəki son hadisələr də diqqət mərkəzində olub.