• 20 °C
|

HAMAS israilli girovların ikinci hissəsinin azad ediləcəyi tarixi açıqlayıb

21 Yanvar 2025
img

Yanvarın 25-də fələstinli məhbusların həbsdən azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan israilli girovların ikinci hissəsi azad ediləcək.

APA xəbər verir ki, bu barədə HAMAS məlumat yayıb.

“HƏMAS təsdiq edir ki, İsraillə razılaşma əsasında məhbus mübadiləsinin ikinci mərhələsi planlaşdırıldığı kimi – yanvarın 25-i şənbə günü keçiriləcək”, – məlumatda deyilir.