26 Okt 2025

HAMAS hərəkatı Qəzza zolağında tapdığı bütün girovların cəsədlərini İsrailə təhvil vermək niyyətindədir.
APA xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Musa Əbu Mərzuq məlumat verib.
"[Atəşkəs] sazişinin bütün müddəaları aydınlaşdırılmalı və danışıqlar aparılmalı olan ümumi məsələlərə aiddir. Girov cəsədlərinə gəldikdə, biz sahib olduğumuz və tapdığımız bütün cəsədləri təhvil verməyə öhdəlik götürmüşük", – o deyib.