• 9 °C
|

HƏMAS razılaşmanın icrasını gecikdirməkdə İsraili günahlandırıb

12 Fevral 2025
img

HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində yaranan çətinliklərə görə İsraili günahlandırıb.

APA xəbər verir ki, müvafiq bəyanat təşkilatın “Telegram” kanalında dərc olunub.

“Öhdəliklərini yerinə yetirməyən İsraildir. Ona görə də sazişin həyata keçirilməsində yaranan çətinlik və gecikmələrə görə məsuliyyət onun üzərinə düşür”, – bəyanatda deyilir.

Təşkilat həmçinin qarşı tərəfin şərtləri yerinə yetirəcəyi təqdirdə razılaşmaya əməl etməyi planlaşdırdığını da əlavə edib.