|

Hindistan Pakistanla sərhəddə HHM qüvvələrini səfərbər edib

7 May 2025
img

Hindistan Pakistanla sərhəddə bütün hava hücumundan müdafiə qüvvələrini səfərbər edib.

APA xəbər verir ki, bu barədə ANI agentliyi Hindistan Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

“Müdafiə Nazirliyindən bildirilib ki, Hindistanla Pakistan arasında sərhəd boyu hər hansı gözlənilməz vəziyyətə cavab vermək üçün hava hücumundan müdafiə qüvvələrinin bütün bölmələri səfərbər olunub.”, – məlumatda deyilir.