• 32 °C
|

Hindistan və ABŞ Yerin ətraflı xəritəsini çıxarmaq üçün kosmosa peyk buraxıb

31 İyul 2025

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və ABŞ Kosmik Agentliyi NASA çərşənbə günü Yerin dəyişən səthinin xəritəsini təfərrüatlı şəkildə göstərən NISAR peykini orbitə buraxıblar.

APA xəbər verir ki, bu haqda NASA məlumat yayıb.

“NISAR peyki Yerin dinamik, üçölçülü xəritəsini görünməmiş detallarla çəkəcək təkmilləşdirilmiş radar sistemi ilə təchiz edilərək Hindistanın Andra Pradeş ştatındakı Satiş Davan Kosmik Mərkəzindən orbitə çıxarılıb”, – deyə agentliyin press-relizində deyilir.

Məlumata görə, peyk quruda və buzda yerdəyişmələri santimetr səviyyəsində dəqiqliklə qeyd etməyə qadirdir.

Onun topladığı məlumatlar müxtəlif sahələrdə, o cümlədən fəlakətlərə reaksiya, infrastrukturun monitorinqi və kənd təsərrüfatında istifadə oluna bilər.