24 Avq 2026

BRİCS-in ənənəvi və milli idman növləri üzrə oyunları oktyabrda Hindistanda keçiriləcək.
APA xəbər verir ki, bu barədə BRİCS ölkələrinin idman nazirlərinin görüşünün yekunlarına dair Hindistan hökumətinin saytında dərc olunan birgə deklarasiyada məlumat verilib.
Deklarasiyaya əsasən, BRİCS oyunları oktyabrın 12-13-də Hindistanın Əhmədabad şəhərində keçiriləcək.
Oyunlar BRİCS ölkələrinin müxtəlif ənənəvi və milli idman irsinin nümayişi və qorunması üçün platforma olacaq.