• 17 °C
|

“Hizbullah” lideri: ABŞ-ın təşkilatı tərksilah etmək istəyi Livanı zəiflədəcək

22 Oktyabr 2025
img

“ABŞ-ın “Hizbullah”ı tərksilah etmək tələbi Livanın daxili işlərinə açıq-aşkar müdaxilədir”.

APA xəbər verir ki, bunu təşkilatın baş katibi Naim Qasım çərşənbə axşamı televiziya ilə çıxışı zamanı deyib.

“Müqavimət qüvvələrinin ABŞ və İsrailin tələblərini ödəmək üçün silahlarını təslim etməsinin sabitliyə gətirib çıxaracağını və bütün problemlərə son qoyacağını düşünənlər dərin yanılırlar. “Hizbullah”ın silahları Livana güc verir və onların çıxarılması ölkəni yalnız xarici təzyiqlər qarşısında zəiflədəcək”, – o deyib.