12 May 2025
“Hizbullah”ın baş katibi Naim Qasım Livanın cənubunda müqavimət qüvvələrinin tərksilah edilməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.
APA xəbər verir ki, o, bu barədə “Əl Manar” kanalına müsahibəsi zamanı danışıb.
“Biz heç kimin döyüşçülərimizdən silah almasına icazə verməyəcəyik və buna güc yolu ilə cəhd edilərsə, cavab verəcəyik. Biz vətəndaş qarşıdurmasına yol verməyəcəyik”, – o bildirib.