• 29 °C
|

“Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib

20 İyun 2025
img

Livanın “Hizbullah” hərəkatı İran və İsrail arasında davam edən münaqişədə neytral mövqe tutmaq niyyətində deyil, əksinə verəcəyi qərara uyğun hərəkət etmək hüququnu özündə saxlayır.

APA xəbər verir ki, bunu “Hizbullah” lideri Naim Qasim əl-Mənar telekanalına deyib.

"Biz neytral deyilik. Biz öz mövqeyimizi açıq şəkildə bəyan edirik. Biz İranın, onun rəhbərliyinin və xalqının tərəfindəyik", – Qasim deyib.

Qeyd edək ki, cümə axşamı ABŞ-ın xüsusi nümayəndəsi Tomas Barak Beyrutda Livan parlamentinin sədri Nəbih Berri ilə görüşdən sonra İran və İsrail arasında hazırkı silahlı qarşıdurmada “Hizbullah” hərəkatının hər hansı iştirakı pis qərar olacaq.