• 27 °C
|

Hörmüz boğazında ADNOC-un iki gəmisi hücuma məruz qalıb

14 Avqust 2026
img

Abu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus iki gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

Bu barədə BƏƏ-nin "WAM" agentliyi ADNOC-un açıqlamasına istinadən məlumat yayıb.

Şirkətin məlumatına görə, hadisə avqustun 13-də axşam saatlarında baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb.

ADNOC vəziyyətin nəzarət altında olduğunu bildirib.