• 14 °C
|

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb

3 Aprel 2026
img

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz Boğazında 13 türk gəmisinin olduğunu bildirib.

Onun sözlərinə görə, bu gəmilərdən 2-si sabit enerji istehsal edən gəmilərdir.

“15 gəmidən 2-si çıxıb, 13-ü isə hələ də oradadır. 4 gəminin çıxış tələbi yoxdur. Onlardan 2-si isə sabit enerji istehsal edən gəmilərdir”, – deyə nazir qeyd edib.