• 26 °C
|

Husilər İsrailin Ben Qurion hava limanına zərbə endirib

28 Avqust 2025
img

Yəmənin “Ənsar Allah” hərəkatı Fələstin-2 ballistik raketi ilə Təl-Əvivdəki Ben Qurion hava limanına zərbə endirib.

APA xəbər verir ki, bununla bağlı hərəkatın sözçüsü Yəhya Sariya Yəmənin “Əl Məsirə” telekanalına açıqlama verib.

“Əsgərlərimiz Fələstin-2 ballistik raketindən istifadə etməklə işğal altındakı Yaffa bölgəsindəki Lod hava limanına (Ben Qurion) qarşı yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirib”, – deyə o bildirib.

O həmçinin hava limanının fəaliyyətini dayandırdığını deyib. İsrail tərəfi hücumla bağlı hələ ki, heç bir açıqlama verməyib.