• 30 °C
|

Husilər Səudiyyə qüvvələrinin mövqelərinə zərbələr endirdiklərini bildiriblər

12 Avqust 2026
img

Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə qüvvələrinin Moxa şəhəri və Mərib vilayətindəki mövqelərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini iddia ediblər.

APA xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb.

Onun sözlərinə görə, hücumlar zamanı Səudiyyə qüvvələrinin mövqeləri, silah anbarları və qərargahları hədəfə alınıb.

Səriya hücumlar nəticəsində aralarında Səudiyyə vətəndaşlarının da olduğu “onlarla şəxsin öldüyünü və yaralandığını” iddia edib.

Husilər Səudiyyə qüvvələrinə qarşı hərbi əməliyyatları davam etdirəcəklərini bildiriblər. Hərəkat, həmçinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın tərəfində döyüşən yəmənliləri silahı yerə qoymağa və qarşı tərəfin sıralarını tərk etməyə çağırıb.