|

Husilər Təl-Əvivin Ben Qurion hava limanına raket hücumu təşkil edib.

16 May 2025
img

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endirib.

APA xəbər verir ki, hərəkata bağlı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

"Raket qüvvələrimiz işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv) yerləşən Ben Qurion hava limanına hipersəs ballistik raketi ilə hücum edib. Raket hədəfinə uğurla çatıb və hava limanının fəaliyyəti təxminən bir saat dayandırılıb", – o deyib.

Qeyd edək ki, İsrail ordusu Yəməndən növbəti raket buraxılışını qeydə aldığını açıqlamışdı.