• 26 °C
|

İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026
img

İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Sulavesi adasında yerləşən və təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən 128 kilometr şimalda olub. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.