• 13 °C
|

İndoneziya, Tailand və Şri-Lankada daşqınlar nəticəsində 1 000-dən çox insan həlak olub

2 Dekabr 2025
img

İndoneziya, Tailand və Şri-Lankada baş verən güclü daşqınlar və tropik siklonlar nəticəsində 1 000-dən çox insan həlak olub, yüzlərlə şəxs itkin düşüb.

APA xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Məlumata görə, bu, 2004-cü il sunamisindən bəri regionun üzləşdiyi ən böyük təbii fəlakətdir.

Şri-Lankada ölənlərin sayı 355-ə çatıb, 400 minədək sakin zərər çəkib, on minlərlə insan müvəqqəti sığınacaqlara köçürülüb.

İndoneziyada isə 502 nəfərin öldüyü, 508 nəfərin itkin düşdüyü bildirilir. Yardım əməliyyatlarına minlərlə polis və hərbçi cəlb olunub.