
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində 47 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
Xarici medianın məlumatına görə, təbii fəlakət nəticəsində 157 ev, 18 xəstəxana, 5 məktəb və 6 dövlət binasına ciddi ziyan dəyib. Təxminən 2 min nəfər təhlükəli ərazidən təxliyə olunub. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.
Maqnitudası 7,7 olan zəlzələ ölkənin şərqində yerləşən Flores adasında baş verib. Zəlzələdən sonra bölgədə 110-dan çox afterşok qeydə alınıb.
***
13:33
İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.
Bu barədə BBC yerli rəsmi qurumlara istinadən xəbər yayıb.
***
10:35
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə AFP məlumat yayıb.
***
08:38
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib.
Bu barədə “Reuters” Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Emanuel Melkiades Laka Lenaya istinadən məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ İndoneziyanın Flores adası yaxınlığında baş verib və 7,7 bal gücündə olub.
Daha əvvəl “Straits Times” qəzeti 2 nəfərin öldüyünü bildirmişdi.