• 18 °C
|

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb

25 Oktyabr 2026
img

İran ordusu ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri ölkənin cənubunda yerləşən Bəndər-Abbas liman şəhəri üzərində ABŞ-a məxsus “LUCAS” tipli pilotsuz uçuş aparatını vurub.

Hadisənin başvermə şəraiti və PUA-nın hansı məqsədlə İranın hava məkanında olduğu barədə əlavə məlumat verilməyib.

ABŞ tərəfi hələlik İran ordusunun açıqlamasına münasibət bildirməyib.