30 İyn 2026

ABŞ-ın dəniz blokadasının tam aradan qaldırılmasından sonra İran 40 milyon bareldən çox nefti xarici bazarlara ixrac edib.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Bager Qalibaf dövlət teleradio şirkətinə müsahibəsində bildirib.
"Dəniz blokadası aradan qaldırıldıqdan sonra qarşı tərəf geri çəkildi və İranın ticarət gəmiləri ilə neft tankerlərinin Oman körfəzi və Hörmüz boğazından keçidi bərpa olundu. Blokada götürüldükdən bu günə qədər 40 milyon bareldən çox neft ixrac edilib", – deyə Qalibaf qeyd edib.