İran ABŞ hərbi bazalarını hədəfə ala biləcəyi ehtimalını istisna etməyib
23 İyun 2025
İran ABŞ hərbi bazalarını hədəfə ala biləcəyi ehtimalını istisna etməyib.
APA xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə “Al Jazeera” kanalına verdiyi müsahibədə, ölkəsinin ABŞ-ə cavab verməyə tam haqqı olduğunu bəyan edib.
Məsələ ilə bağlı sual verildikdə, diplomat ABŞ hərbi bazalarına mümkün hücum ehtimalını danmayıb. “İran amerikalılara necə, nə vaxt və nə səviyyədə cavab verəcəyinə qərar verəcək”- Xətibzadə vurğulayıb.