|

İran ABŞ-la danışıqların beşinci raundunun mayın 23-də keçiriləcəyini təsdiqləyib

22 May 2025
img

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai, İran İslam Respublikası ilə ABŞ arasında nüvə proqramı ətrafındakı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə keçiriləcək danışıqların beşinci raundunun mayın 23-də Romada baş tutacağını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə məlumat İran XİN-in rəsmi “Telegram” kanalında yer alıb.

Diplomatın sözlərinə görə, İran nümayəndə heyəti danışıqlarda ölkə xalqının hüquq və mənafelərini qorumaqda qərarlıdır.