• 28 °C
|

İran ABŞ-la razılaşma ilə bağlı Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparır

26 Avqust 2026
img

İran ABŞ-la razılaşmanın əldə olunması və icrası ilə bağlı Mərkəzi Asiyanın bir sıra ölkələri ilə məsləhətləşmələr aparır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani bildirib.

Diplomatın sözlərinə görə, ABŞ-la atəşkəsə dair imzalanmış razılaşma hələ tam şəkildə icra olunmur və sənədin bəzi müddəaları yerinə yetirilməyib. O qeyd edib ki, razılaşma Pakistan, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunub və onun tam icrası ABŞ və vasitəçi ölkələrin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır.

Ruzbehaninin sözlərinə görə, Pakistan bu məsələlərlə bağlı İranla danışıqlar aparır, İran isə Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr keçirir. O bildirib ki, regionun bəzi ölkələri razılaşmanın icrasına kömək etmək istədiklərini ifadə ediblər.

Səfir əlavə edib ki, ABŞ rəhbərliyi tərəfindən hələlik bu istiqamətdə konkret addım atılmayıb. Bu səbəbdən İran ABŞ-ın mümkün yeni hərbi təcavüz addımlarına qarşı hazır vəziyyətdədir.