• 24 °C
|

İran ABŞ və İsraillə danışıqlar ehtimalını istisna edib

22 İyun 2025
img

İran xarici işlər nazirinin müavini Məcidd Təxt-Rəvənçi ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Amerika və İsraillə danışıqlar aparılmasının mümkün olmadığını bəyan edib.

APA xəbər verir ki, Təxt-Rəvənçi bunu Almaniyanın “ARD” telekanalına müsahibəsində bildirib

“Danışıqları davam etdirmək tamamilə mənasızdır”, – diplomat qeyd edib.

O, İrana qarşı zərbələr fonunda ölkəsinin ABŞ və İsraillə təmas qurmaq niyyətində olmadığını vurğulayıb.

Diplomatın sözlərinə görə, İran “danışıqlar naminə danışıqlar” istəmir.

Eyni zamanda, o bildirib ki, İran Ordusu nə etməli olduğunu çox yaxşı bilir.