05 Noy 2026

İran dövlət televiziyası Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünə dair məlumat yayıb.
APA-nın Tehran bürosunun xəbərinə görə, İran dövlət televiziyası görüş zamanı Möhsün Rezayinin Ali Rəhbərin mesajını Putinə təqdim etdiyini açıqlayıb.
Qeyd edək ki, Vladimir Putin bu gün KremldəMöhsün Rezayi ilə görüşüb.Görüşdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov da iştirak edib.