
İran Hörmüz boğazı üzərində ABŞ-a məxsus “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
APA xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus uzunmənzilli “MQ-9” PUA-sının İranın müasir hava hücumundan müdafiə sistemlərinin raketləri ilə Hörmüz boğazı üzərində vurulduğunu açıqlayıb.
Məlumata görə, vurulan PUA daha sonra Fars körfəzinə düşüb.
Avqustun 13-də “Washington Post” ABŞ-ın İranla müharibə zamanı, xüsusilə Hörmüz boğazı ətrafında intensiv istifadə etdiyi “MQ-9 Reaper” tipli PUA-lardan azı 45-ni itirdiyini yazıb.