• 29 °C
|

İran Hörmüz boğazının bağlandığını elan edib

20 İyun 2026
img

İran Hörmüz boğazının bağlandığını elan edib.

APA xəbər verir ki, İran tərəfi bu qərarın ABŞ-ın müharibənin başa çatmasına dair qarşılıqlı anlaşma memorandumunu pozması, həmçinin İsrailin atəşkəs rejimini davamlı şəkildə pozması ilə əlaqədar qəbul edildiyini bildirib.

Açıqlamada İsrailin Livanın cənubunda həyata keçirdiyi hücumlar, insan ölümləri və qoşunlarını ölkənin cənub hissəsindən çıxarmaqdan imtina etməsi də qərarın səbəbləri sırasında göstərilib.

İran rəsmiləri qeyd ediblər ki, bölgədə gərginliyin artması və təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda bu addımın atılması zəruri hesab olunub.

Məsələ ilə bağlı beynəlxalq reaksiyalar və əlavə təfərrüatlar gözlənilir.