• 26 °C
|

İran İordaniyada ABŞ-ın hərbi təyyarələrinə zərbə endirdiyini açıqlayıb

20 İyul 2026
img

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə ballistik raketlərlə zərbə endirdiyini bəyan edib.

Bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, zərbələr Əqəbə aerodromunda yerləşən ABŞ-a məxsus C-17 hərbi-nəqliyyat və P-8 patrul təyyarələrini hədəf alıb.