• 7 °C
|

İran İsfahan istiqamətində uçan İsrail PUA-sını vurub

6 Mart 2026
img

İranın hava hücumundan müdafiə qüvvələri İsfahan istiqamətində uçan İsrailə məxsus kəşfiyyat pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İran HHM qüvvələri İsrail istehsalı olan “Heron” tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

Qeyd olunur ki, dron İsfahan şəhərində yerləşən obyektləri hədəfə almışdı.