04 Avq 2026

İran İsrailə həssas hərbi məlumatlar və təhlükəsizlik obyektlərinin koordinatlarını ötürməkdə ittiham olunan iki nəfəri edam edib.
APA xəbər verir ki, bu barədə İranın “Mizan” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hər iki şəxs ötən ilin iyun ayında baş vermiş 12 günlük müharibə və hazırda davam edən hərbi qarşıdurma zamanı İsrailə məxfi məlumatlar ötürməkdə təqsirli bilinib.