17 İyl 2026

İran dronları ABŞ-ın Bəhreyndəki aviabazasına hücum edib
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı ABŞ-a məxsus helikopterlərin və kəşfiyyat təyyarələrinin yerləşdiyi obyektlər hədəfə alınıb.
Agentlik bildirib ki, əməliyyat ABŞ-ın İrandakı hərbi fəaliyyətinə cavab olaraq Yaxın Şərqdə yerləşən Amerika bazalarına qarşı həyata keçirilən “İldırım” əməliyyatı çərçivəsində baş tutub.
Hücumun nəticələri barədə hələlik əlavə məlumat açıqlanmayıb.