
İran Oman dənizində ABŞ hərbi gəmilərinə raket və dron hücumu edib.
“Tasnim”in xəbərinə görə, bu barədə İran ordusu bəyanat yayıb.
Qeyd edilib ki, “Qədir” tipli raket və yeni növ dronlar xəbərdarlıq məqsədilə ABŞ-ın Oman dənizindəki “DDG-103” və “DDG-87” adlı esminesləri istiqamətində buraxılıb.
Bildirilib ki, bundan sonra həmin esmineslər Hind okeanına doğru çəkilib.
Bundan başqa, ABŞ-a məxsus helikopterdaşıyan amfibiya tipli “Tripoli” gəmisi də Oman dənizini tərk edib.
İran ordusu ABŞ-ın “dəniz quldurluğuna” davam edəcəyi təqdirdə, gələcəkdə daha uzunmənzilli raketlərdən istifadə olunacağı ilə bağlı xəbərdarlıq edib.