• 20 °C
|

İran ordusunun komandanı: Ordu böyük pilotsuz uçuş aparatı ehtiyatlarına malikdir

22 Oktyabr 2026
img

“İran ordusu böyük pilotsuz uçuş aparatı (PUA) ehtiyatlarına malikdir”.

APA xəbər verir ki, bunu İran ordusunun komandanı, general Əmir Hatəmi deyib.

O qeyd edib ki, 40 günlük müharibədən əvvəlki dövrlə müqayisədə İranın arsenalına xeyli sayda çoxfunksiyalı dron əlavə edilib.

Hatəminin sözlərinə görə, PUA istehsalı mərkəzləri genişləndirilib və ABŞ və İsraillə hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı ciddi ehtiyat yaradılıb.