• 28 °C
|

İran parlamentinin 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir

14 İyul 2026
img

İran parlamentinin 180-ə yaxın deputatı ABŞ-la İslamabadda əldə olunmuş anlaşma memorandumunun ləğv edilməsinə çağıran bəyanat yayıb.

İran mediasının xəbərinə görə, bəyanatda memorandumun ləğvi ilə yanaşı, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin qisasının alınması və ABŞ-la aparılan danışıqların gedişatının araşdırılması üçün xüsusi komissiyanın yaradılması tələb olunub.

Sənəddə, həmçinin,Hörmüz boğazının idarə olunması ilə bağlı qanunun qəbul edilməsi və orduyahərtərəfli dəstəyin göstərilməsi çağırışı da yer alıb.