09 Avq 2026

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, komitədə “Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsi qəbul edilib.