• 8 °C
|

İran XİN sözçüsü: Bizim planımız Hörmüz boğazında təhlükəsizliyin bərpasına zəmin yaradacaq

9 Noyabr 2026
img

“İranın planı hazırda masada olan ən məntiqli təklifdir. Bu plan Hörmüz boğazı və Fars körfəzində təhlükəsizliyin bərpasına zəmin yaradacaq. Özü də bu, müəyyən bir prosesin başlanğıcı ola bilər".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İranın döyüşlərin dayandırılması məqsədilə təqdim etdiyi iki günlük plana münasibət bildirərkən deyib.

"ABŞ qərar verməlidir. Əgər onlar öz xalqlarının mesajını düzgün anlayıblarsa, qərarlarını verməlidirlər”, – deyə Bəqayi qeyd edib.