|

İran XİN Suriyanın dövlət borcu barədə mövqeyini bildirib

5 Yanvar 2026
img

Maliyyə tələbləri ölkədə hakimiyyət dəyişikliyi ilə ləğv olunmur.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi mətbuat konfransında Suriyanın maliyyə nazirinin bəyanatına cavab verərkən deyib.

“Ölkələr arasında iqtisadi tələblər qanunlar və qaydalara malikdir. Maliyyə tələbləri hökumət dəyişikliyi ilə dəyişmir və aradan getmir”, – Bəqayi vurğulayıb.

Qeyd edək ki, İran Suriyanın dövlət borclarının ödənməli olduğunu bildirir.

Suriyanın maliyyə naziri Məhəmməd Bərniyə isə İranın mövqeyinə cavab olaraq, rəsmi Tehranın Bəşər Əsəd hökumətinə dəstəyini və dağıntılarda rolunu nəzərə alaraq, İrandan təzminat tələb ediləcəyini vurğulayıb.