• 27 °C
|

İran XİN: Tehran Livan xalqının müqavimət hüququnu dəstəkləyir

15 Aprel 2026
img

İranın xarici işlər naziri Abbas Əraqçi Livan xalqının İsrailə qarşı müqavimət hüququna dəstək ifadə edib.

APA xəbər verir ki, bu barədə İran XİN-in yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı zamanı İranın bu mövqeyini bir daha vurğulayıb.