06 Yan 2026
İranın Venesuela ilə münasibətləri dəyişməz olaraq qalır.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi mətbuat konfransında deyib.
“Karakasdakı səfirimiz və səfirliyin işçiləri tam təhlükəsizlikdədir. Venesuelada olan İran vətəndaşlarının vəziyyəti nəzarət altındadır. Venesuelada hakimiyyət dəyişməyib və hələ də yerindədir”, – Bəqayi bildirib.