• 29 °C
|

İrana aid neft tankeri ABŞ-ın mühasirəsini yarıb

23 İyul 2026
img

İran bayrağı altında fəaliyyət göstərən neft tankerinin ABŞ-ın mühasirəsini keçərək Oman dənizi sularına daxil olduğu bildirilir

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İran donanmasına aid olduğu qeyd edilən tanker ABŞ-ın tətbiq etdiyi mühasirəyə məhəl qoymadan beynəlxalq sulardan keçərək Oman dənizi akvatoriyasına daxil olub.