14 Mar 2026

İranın mərkəzində yerləşən Mərkəzi vilayətinə edilən hava hücumu nəticəsində 6 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, təxminən bir saat əvvəl vilayətin Xizab-Xomeyn yaşayış məntəqəsinə raket zərbəsi endirilib.
Agentlik qeyd edir ki, bombardman nəticəsində daha 7 nəfər yaralanıb.