İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Lorestan əyalətində İsraili dəstəkləməkdə şübhəli bilinən 16 nəfəri saxlayıb.
APA xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, həbs edilən vətəndaşlar öz hərəkətləri ilə internetdə çaxnaşma salıb və İran cəmiyyətinin həmrəyliyini zəiflətməyə cəhd ediblər.
Bidirilir ki, internetdə İsrailin məqsədlərinə çatmağa yönəlmiş istənilən fəaliyyət, eləcə də yalan xəbər və şayiələrin yayılması ölkənin hüquq-mühafizə orqanları tərəfindən yatırılacaq.
Bundan əvvəl İranın Rabitə Nazirliyi İsrailin hücumlarının qarşısını almaq üçün istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlərin qoyulması barədə qərarın qəbul edildiyini təsdiqləyib.