30 Mar 2026

İranın Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas şəhəri və Keşm adası hava zərbələrinin hədəfi olub.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrail qüvvələri tərəfindən Bəndər-Abbas limanı və Keşm adasına intensiv hava zərbələri endirilib.
Hücumların nəticələri və mümkün dağıntılar barədə hələlik məlumat verilməyib.